Bank Of Baku

Azərbaycan filmi Sinqapur Beynəlxalq Kino Festivalında iştirak edəcək

Azərbaycan filmi Sinqapur Beynəlxalq Kino Festivalında iştirak edəcək
# 27 iyul 2011 09:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Nərimanfilm” kinostudiyasınnın istehsalı olan “Sahə” ( The Precinct) bədii filmi (ssenari müəllifi və rejissor İlqar Safat) 24-cü Sinqapur Beynəlxalq Kino Festivalında (Singapore International Film Festival - SIFF) iştirak edəcək. “Nərimanfilm” kino şirkətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival 2011-ci il sentyabrın 15-dən 25-nə qədər olan müddətdə Sinqapurdakı Shaw Lido kinoteatrlarında keçiriləcək.

SİFF Sinqapurda ən böyük və qocaman kinofestivaldır. 1987-ci ildə əsası qoyulan Festival novator Asiya filmlərinə diqqət yetirir və yerli kinoindustriyanın inkişafına kömək etməyə çalışır. SİFF proqramının dinamikliyi ilə məşhurdur və regionun mədəni həyatında mühüm kino hadisəyə çevrilib. Hər il SİFF üçün 200-300 bədii tam və qısametrajlı filmlər seçilir. Həmçinin, festivalda Silver Screen Awards adlanan mükafat da var ki, bu mükafat iki kateqoriyadan olan Asiya filmlərinə təqdim olunur: Asian Feature Film Competition və Singapore Short Film Competition. 10 gün ərzində keçirilən bu festival öz filmlərini bütün dünya kinosevərlərindən ibarət olan geniş auditoriyaya nümayiş etdirmək istəyən kinematoqrafçılar üçün gözəl və əvəzolunmaz imkan yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR