Bank Of Baku

Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı olub - FOTO

Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı olub - <font color=red>FOTO</font>
# 30 iyul 2011 20:57 (UTC +04:00)
APA-nın məlumatına görə, iyulun 30-da keçirilən tədbirdə öncə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyevin festival iştirakçılarına ünvanlanan təbrik məktubu oxunub. Sonra Milli Məclisin deputatı Fəttah Heydərov festivalda iştirak edən bütün qonaqları, ifaçıları, musiqiçiləri salamlayaraq onlara təşəkkürünü bildirib. O, festival iştirakçılarını bu musiqi bayramı münasibətilə təbrik edib, festivala uğurlar arzulayıb.
Keçirilən “Qala konsert”də rusiyalı dirijor Yuri Başmetin rəhbərlik etdiyi “Yeni Rusiya” Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrin çıxışı Yuri Başmetin və “Şöhrət” ordenli, xalq artisti, prezident təqaüdçüsü Rauf Abdullayevin dirijorluğu ilə baş tutub. Orkestr solo ifadan əlavə, İtaliyanın məşhur tenor ifaçısı Massimiliano Pisapia, dünyanın məşhur vokalçılarından olan Sergey Leyferkus (bariton), Rusiyanın violin ifaçısı Alyona Bayevanı, Alman Dövlət Operasının solisti Anna Samuilu (Rusiya, soprano) da müşayiət edib. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ifa olunub. Bundan əlavə, Rusiyanın məşhur “Terem kvartet”i maraqlı konsert proqramı ilə çıxış edib.

Tədbiri izləyənlər arasında Azərbaycanda səfərdə olan Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen də olub.

Qeyd edək ki, Qəbələ III Beynəlxalq Musiqi Festivalı avqustun 5-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR