Bank Of Baku

Ağdaş və Qəbələdə III Beynəlxalq Musiqi Festivalının konsertləri olub

Ağdaş və Qəbələdə III Beynəlxalq Musiqi Festivalının konsertləri olub
# 01 avqust 2011 21:15 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalının iştirakçıları avqustun 1-də Habil Əliyev adına Ağdaş şəhər musiqi məktəbində konsert proqramı ilə çıxış ediblər. APA-nın məlumatına görə konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib, xalq mahnıları və təsniflər ifa olunub.
Əməkdar artistlər Gülnaz İsmayılovanın (soprano), Kəmalə Neymanovanın və Murad Adıgözəlzadənin (piano), Azərbaycan Dövlət Musiqili Komedia Teatrının solisti Ramil Qasımovun (tenor) çıxışı alqışlara qarşılanıb. Sonra xanəndə Rəvanə Ərəbovanı tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov və nağarada Amil Mustafayev müşaiyət edib. Həmin gün Qəbələdə “Qafqaz Resorte” otelinin qarşısında “Yeni Rusiya” Dövlət Simfonik Orkesrtinin konserti olub. Orkestrin çıxışı italiyalı Klaudio Vandellinin dirijorluğu ilə baş tutub. Bəstəkar F.Mendelsonun “İtaliyan simfoniyası”, Y.Massnenin “Verter” operasından Verterin ariyası, V.A.Motsartın “Fiqaronun toyu” operasından Fiqaronun ariyası, C.Puççininin “Bohema” operasından Rudolf və Marselin dueti səsləndirililib.
Orkestr həm də Litva Kamera Orkestrinin direktoru Sergey Krılovı (violin), İtaliyanın R.Tebaldi və M.Monako adına Opera İncəsənəti Beynəlxalq Akademiyasının tələbəsi Cavid Səmədovı (bariton), İtaliyanın Ozimo Musiqi Akademiyasında təhsil alan tenor ifaçısı Azər Rzazadəni də müşayiət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR