Bank Of Baku

“İRƏLİ” İctimai Birliyinin FotoArt layihəsi çərçivəsində keçirdiyi “Mənim Azərbaycanım” müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTOSESSİYA

“İRƏLİ” İctimai Birliyinin FotoArt layihəsi çərçivəsində keçirdiyi “Mənim Azərbaycanım” müsabiqəsinin bağlanış mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 03 avqust 2011 12:42 (UTC +04:00)
Bakı-APA. Müasir İncəsənət Mərkəzində “İRƏLİ” İctimai Birliyinin FotoArt layihəsi çərçivəsində həyata keçirdiyi “Mənim Azərbaycanım” müsabiqəsinin bağlanış və təltifetmə mərasimi keçirilib. Birlikdən APA-ya verilən məlumata görə, mərasimdə “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı, birliyin fəalları, müsabiqə iştirakçıları və qalibləri, həmçinin media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ceyhun Osmanlı ilk öncə dəvətliləri salamlayıb və qeyd edib ki, iki həftə boyunca davam edən və 17 000 nəfərin qatıldığı "Mənim Azərbaycanım" müsabiqəsi bugünə kimi Azərbaycanda keçirilmiş ən böyük virtual müsabiqədir.

”Sonra “İRƏLİ” İctimai Birliyinin ən gənc üzvlərindən biri olan, 2011-2012-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanında maksimum-700 ballıq nəticə göstərmiş Ləman Məmmədovaya “İRƏLİ” İctimai Birliyi tərəfindən təsis edilmiş fəxri fərman və hədiyyə olaraq kompüter təqdim olunub.

Daha sonra fotomüsabiqənin ilk 10 yerinin sahibinə müsabiqədə fəal iştiraklarına görə diplom, ilk 3 yerin sahibləri: Hüseyn Məmmədov, Rəfiqə Qasımova və Vüqar Qasımzadəyə isə mükafat fondunda olan hədiyyələr (müvafiq olaraq Apple iPad, BlackBerry smartfonu və Sony Cybershot kamerası) təqdim olunub.

Müsabiqə iştirakçılarının layihəyə təqdim etdikləri fotolardan təşkil olunmuş sərgi qonaqlar tərəfindən maraqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR