Bank Of Baku

Azərbaycanın “Halay” ansamblı Macarıstanda çıxış edəcək

Azərbaycanın “Halay”  ansamblı Macarıstanda çıxış edəcək
# 11 avqust 2011 10:49 (UTC +04:00)
Bakı-APA. 12-22 avqust tarixlərində Macarıstanın Sazhalombatta şəhərində ənənəvi Beynəlxalq Folklor Festivalı keçiriləcək. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, 20-dən çox ölkənin folklor kollektivlərinin iştirak etdiyi festivalda Azərbaycanı Masallı rayonunun “Halay” rəqs qrupu təmsil edəcək. Musiqiçilərimizin ilk çıxışı avqustun 13-də, festivalın açılış mərasimində olacaq. “Halay” ansamblı festival günlərində Sazhalombatta şəhəri ilə yanaşı Macarıstanın Tököl və Rakeve şəhərlərində də konsert proqramları ilə çıxış edəcək. Müxtəlif illərdə dünyanın yüzə yaxın ölkəsindən folklor ansambllarının qatıldığı bu festivalda Azərbaycan ilk dəfə təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR