Bank Of Baku

Qazaxıstanda TÜRKSOY foto-rəssamlarının VIII Beynəlxalq yaradıcılıq tədbiri keçirilir

Qazaxıstanda TÜRKSOY foto-rəssamlarının VIII Beynəlxalq yaradıcılıq tədbiri keçirilir
# 17 avqust 2011 08:57 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində TÜRKSOY foto-rəssamlarının VIII Beynəlxalq yaradıcılıq tədbiri öz işinə başlayıb. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, avqustun 27-dək davam edəcək tədbir Qazaxıstanın müstəqilliyinin bərpa olunmasının 20 illiyinə həsr olunub. TÜRKSOY foto-rəssamlarının builki yaradıcılıq görüşündə Azərbaycandan gənc fotoqraf-rəssam, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Şamil Talıbov iştirak edir.
Qeyd edək ki, TÜRKSOY foto-rəssamlar görüşü türkdilli ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının toplantısında qəbul olunmuş qərarla keçirilir. Türk dünyasından (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Xakasiya (Rusiya Federasiyası), Şimali Kipr, Başqırdıstan (Rusiya Federasiyası), Tatarıstan (Rusiya Federasiyası), Saha (Rusiya Federasiyası), Altay (Rusiya Federasiyası), Tuva (Rusiya Federasiyası), Qaqauz Yeri (Moldova) olan istedadlı foto-rəssamlar TÜRKSOY görüşlərində hər dəfə böyük maraqla iştirak edirlər. Bu günə kimi TÜRKSOY-a təqdim edilən fotolar kolleksiya şəklində toplanır. Türk dünyası ölkələrinin, xalqlarının mədəniyyət və incəsənətinin zənginliyini əks etdirən bu fotoların kataloqları hazırlanaraq mühüm sənət mərkəzlərinə göndərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR