Bank Of Baku

Tanınmış müğənni Rövşən Behcət dünyasını dəyişib

Tanınmış müğənni Rövşən Behcət dünyasını dəyişib
# 19 avqust 2011 07:25 (UTC +04:00)
APA-nın məlumatına görə, 66 yaşında dünyasını dəyişmiş mərhumla vida mərasimi avqustun 19-da saat 12:00-dan 15:00-dək qədər Gəncə Dövlət Dram Teatrında keçiriləcək. Xanəndə Gəncədəki İmamzadə məzarlığında dəfn olunacaq. Rövşən Behcət uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xatırladaq ki, Rövşən Behcət əslən Cənubi Azərbaycandandır. Mərhum 1945-ci il martın 17-də Təbrizdə dünyaya gəlib. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb. Rövşən Behcət 1969-cu ildə Fikrət Verdiyevin yaratdığı “Göy göl” xalq çalğı alətləri ansamblında çalışmağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR