Bank Of Baku

Maestro Niyazinin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib – FOTO

Maestro Niyazinin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib – <font color=red>FOTO </font>
# 19 avqust 2011 14:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı, Bəstəkarlar İttifaqının dəstəyi ilə SSRİ-nin və Azərbaycanın xalq artisti Niyazinin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. APA-nın məlumatına görə, anım tədbiri maestro Niyazinin ev muzeyində baş tutub. Tədbirdə çıxış edən muzeyin rəhbəri Rza Bayramov SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Cəvahirləl Nehru adına Beynəlxalq mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli bəstəkar və dirijor Niyazinin həyat və yaradıcılığından bəhs edib.

Tədbirdə Azərbaycan bəstəkarlardan Azər Dadaşov, Vasif və Ceyhun Allahverdiyev qardaşlarının, Pikə Axundova və Nərminə Nağıyevanın əsərləri səslənib. Gecədə Niyazinin həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş olunub, ona həsr edilmiş film nümayiş etdirilib və slayd-şou göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR