Bank Of Baku

Gəncədə tanınmış müğənni Rövşən Behcətlə vida mərasimi keçirilib - FOTO

Gəncədə tanınmış müğənni Rövşən Behcətlə vida mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 19 avqust 2011 15:11 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncə Dövlət Dram Teatrında dünən axşam saatlarında vəfat etmiş tanınmış müğənni, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının keçmiş solisti Rövşən Behcətlə vida mərasimi keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumatına görə, vida mərasiminə dostları, onu sevənlər və şəhər içtimaiyyətinin nümayəndələri toplanıb. Çıxış edənlər xanəndəlik sənətinin ən parlaq nümayəndələrindən olan Rövşən Behcətin həyat yolundan, milli musiqimizə verdiyi töhfələrdən söhbət açıblar. Vida mərasimindən sonra Rövşən Behcətin nəşi Gəncənin İmamzadə qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, tanınmış xanəndə uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Dünən axşam vəziyyəti ağırlaşan Rövşən Behcət Bakıdan Gəncəyə gətirilərkən yolda vəfat edib. Uzun illər Fikrət Əmirov adına “Göygöl” mahnı və rəqs ansamblının solisti olmuş Rövşən Behcətin ifasında bir çox mahınlar, muğamlar, təsniflər və s. “Qızıl fond»da saxlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR