Bank Of Baku

Fəxrəddin Manafov Almaniyada müalicəni başa vuraraq Azərbaycana qayıdıb

Fəxrəddin Manafov Almaniyada müalicəni başa vuraraq Azərbaycana qayıdıb
# 19 avqust 2011 15:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti, görkəmli aktyor Fəxrəddin Manafov Almaniyadan Azərbaycana qayıdıb. Bununla bağlı APA-ya açıqlama verən aktyor deyib ki, səhhətində yaranan problemlər aradan qalxıb və hazırda özünü daha yaxşı hiss edir. Aktyor Almaniyada olduğu müddətdə orada müalicə olunub. Mili Kino Günündə ad gününü qeyd edən Fəxrəddin Manafov, elə həmin gün Almaniyada olub: “Ad günümdə də orada idim və çoxsaylı təbrik mesajları, zənglər almışam. Şükür ki, hər şey yaxşıdır və özümü yaxşı hiss edirəm. Elə bu günlərdə evə qayıtmışam”.
Qeyd edək ki, bel ağrılarından əziyyət çəkən aktyor iyun ayının sonlarında Almaniyaya gedib. Səfərinin məqsədi də sözügedən ölkədə müayinə olunmaq olub. Müayinə və lazımi müalicəni aldıqdan sonra aktyor geri qayıdıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR