Bank Of Baku

Bəhram Bağırzadə Ermənistan siyasətini karikaturalarda əks etdirib - FOTOSESSİYA

Bəhram Bağırzadə Ermənistan siyasətini karikaturalarda əks etdirib - <font color=red>FOTOSESSİYA</font>
# 20 avqust 2011 11:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Keçmiş “Bakılı oğlanlar” klubunun üzvü, aktyor, eləcə də karikaturaçı-rəssam Bəhram Bağırzadə Ermənistan siyasətini karikaturalarda əks etdirib. B. Bağırzadənin APA-ya verdiyi məlumata görə, yeni əsərlər Ermənistan siyasi rəhbərliyinin son məntiqsiz və qalmaqallı bəyanatlarının təsirindən yaranıb. B. Bağırzadə bununla bağlı hazırladığı bir neçə işini ictimaiyyət təqdim etməyə qərar verib: “Mən erməni siyasətçilərinin son vaxtlarda dedikləri axmaqlıqları çox oxumuşam və mənə bir ilham gəldi. Beləcə məndə bir neçə işlər peyda oldu. Düşünürəm ki, bu işlər bizim “mehriban qonşularımızın” daimi siyasətini düzgün əks etdirir”.

Qeyd edək ki, Bəhram Bağırzadə 2007-ci ildən Bayram Hacızadənin rəhbərlik etdiyi Azərbaycan Karikaturaçılar Birliyinin üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR