Bank Of Baku

Xalq rəssamı Arif Hüseynov: “Sovet dövrünə baxanda Azərbaycanda hazırda daha çox əsər satılır”

Xalq rəssamı Arif Hüseynov: “Sovet dövrünə baxanda Azərbaycanda hazırda daha çox əsər satılır”
# 26 avqust 2011 12:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan rəssamlarının satış sərgisi həyata keçirilir. Azərbaycanın xalq rəssamı Arif Hüseynov APA-ya bildirib ki, satış sərgisi Xətai Sənət Mərkəzində təşkil edilib. Rəssamın sözlərinə görə, bir neçə ay davam edəcək satış sərgisinə ötən illərə nisbətən daha artıq maraq hiss olunur: “Sözsüz ki, gündə bir neçə əsərin satıldığını deyə bilmərik. Ancaq Sovet dövrünə baxanda hazırda daha çox əsər satılır. Daha çox ucuz əsərlər alınır. Əslində biz əsərləri baha satmamağa çalışırıq, çünki bahalıq incəsənət sevənləri ilk anda qorxudur. Ancaq Azərbaycan xalqı istedada qiymət verən xalqdır”. Satış sərgisi oktyabra kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR