Bank Of Baku

“Mahmud və Məryəm” filmində Məryəm roluna çəkilmək üçün 16-21 yaşlı azərbaycanlı qız axtarılır

“Mahmud və Məryəm” filmində Məryəm roluna çəkilmək üçün 16-21 yaşlı azərbaycanlı qız axtarılır
# 26 avqust 2011 14:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Xalq yazıçısı Elçin Əfəndiyevin məşhur “Mahmud və Məryəm” romanı əsasında çəkiləcək filmdə Məryəm rolunu azərbaycanlı qızın oynayacağı təsdiqlənib. Filmin baş məsləhətçisi aktrisa Məlahət Abbasova APA vasitəsi ilə filmdə Məryəm rolunun ifaçısının axtarışı ilə bağlı gənc və istedadlı qızlara müraciət edib. Türkiyə və Azərbaycanın müştərək filmi olacaq “Mahmud və Məryəm” filmində sözügedən obrazda oynamaq üçün 16-21 yaş arasında qızların yaradıcı qrupa müraciət etməsi məsləhət görülür. Bu film Azərbaycanda “Salnamə” Kinostudiyası ilə birgə istehsal olunacaq. M. Abbasova deyib ki, yaradıcı qrup məsləhətləşmələr əsasında bu rola ən layiqli Azərbaycan qızını seçəcək. Filmdə Məryəm alban qızı kimi göstəriləcək.

Xatırladaq ki, Mahmud rolunda Türkiyənin sevilən aktyorları arasında olan “Bıçaq sırtı”, “Aşk təsadüfləri sevər” kimi filmlərdən tanıdığımız Mehmet Günsürün çəkiləcəyi gözlənilir. Filmin baş prodüseri Türkiyənin tanınmış siması Sevda Kayğısızdır. Məryəm roluna çəkilmiş Sevda xanım da iştirak edəcək. Bu filmin çəkilişinə Azərbaycan və Türkiyənin mədəniyyət nazirlikləri dəstək verir. Filmin ərəb və Avropa ölkələri də daxil olmaqla 30-dan artıq ölkədə satışı düşünülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR