Bank Of Baku

Azərbaycanın görkəmli kino xadimi Hamlet Xanızadənin 70 illik yubileyinə həsr edilmiş xatirə tədbiri keçirilib

Azərbaycanın görkəmli kino xadimi Hamlet Xanızadənin 70 illik yubileyinə həsr edilmiş xatirə tədbiri keçirilib
# 27 avqust 2011 07:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dövlət Film Fondunda Azərbaycanın görkəmli kino xadimi Hamlet Xanızadənin 70 illik yubileyinə həsr edilmiş xatirə tədbiri keçirilib. APA-nın məlumatına görə, mərasimdə kinoşünas Aydın Kazımzadə, rejissor Ramiz Həsənoğlu, Ənvər Əbluç, Əbdül Mahmudbəyov, xalq artistləri Azərpaşa Nemətov, Rafiq Əzimov, aktyor Şamil Süleymanov, eləcə də Hamlet Xanızadənin digər sənət dostları və ailə üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev Hamlet Xanızadə ilə bağlı xatirələrini bölüşüb: “Hamlet Xanızadə müharibəyə, müharibəni törədənlərə nifrət edirdi. Ermənilərin Qarabağ iddiaları, Qorbaçov hakimiyyətinin Bakıda törətdiyi 20 yanvar qırğını onun rahatlığını əlindən almışdı. Nə evdə, nə işdə özünə yer tapa bilmirdi. Hamlet Xanızadənin daxilində bir obraz var idi ki, bu simanı onun ifa etdiyi bütün rollarda görmək olar”.
Daha sonra Hamlet Xanızadənin həyat və yaradıcılığından bəhs edən videomaterial nümayiş etdirilib. Dövlət Film Fondunun foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş etdirilib.
Xatırladaq ki, Hamlet Xanızadə Azərbaycan kino tarixində “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babək”, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dağlarda döyüş” kimi 80-ə yaxın sevilən filmdə yaddaqalan obrazlar yaradıb. Aktyor Akademik Milli Dram Teatrın səhnəsində də xarakterik obrazlar ifa edib. Əməkdar artist 1990-cı ildə 48 yaşında dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR