Bank Of Baku

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iştirak edəcək

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iştirak edəcək
# 27 avqust 2011 12:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Smolensk şəhərində “Zolotoy Feniks” IV Ümumrusiya festivalı işə başlayır. İnsanın kosmosa ilk uçuşunun 50-ci ildönümünə həsr olunan festivalda ümumilikdə 30 film göstəriləcək. Müsabiqə proqramına isə 17 film daxil edilib. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, azərbaycanlı rejissor Fuad İbrahimovun “Uçur” adlı filmi nümayiş olunacaq. “Uçur” adlı ekran əsəri Olqa Muxinanın eyniadlı pyesi əsasında lentə alınıb. Filmdə Aleksandr Ratnikov, Yevgeni Sıqanov, İrina Klimova, Pavel Barşak, Yevgeniya Osipova, Aleksey Barabaş və digər aktyorlar çəkiliblər. Festival sentyabrın 2-dək davam edəcək.

Filmdə hadisələr Moskvanı xatırladan bir şəhərdə baş verir. Qəhrəmanlar – dj-lər, prodüsserlər, teleaparıcılar – qaynar, amma mənasız həyat sürən adamlardır. Onlar sevgi barədə çox danışsalar da, amma onu hiss etməyə qadir deyillər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR