Bank Of Baku

Bir müddət əvvəl Füzulidə aşkarlanan tarixi abidə məhv olmaq təhlükəsi ilə üzləşib

Bir müddət əvvəl Füzulidə aşkarlanan tarixi abidə məhv olmaq təhlükəsi ilə üzləşib
# 29 avqust 2011 18:57 (UTC +04:00)
Füzuli. Teymur Zahidoğlu - APA. Bir müddət əvvəl Füzuli rayonunun Babı kənd qəbiristanlığında aşkarlanmış tarixi abidə yer üzündən tamamilə silinmək təhlükəsi ilə üzləşib. Bu barədə APA-nın Qarabağ bürosuna Füzuli arxeoloji ekspedisiyasının rəhbəri tarix elmləri doktoru, arxeoloq Xəqani Alməmmədov məlumat verib. Onun sözlərinə görə, 13-cü əsrə aid Şeyx Babı Yaqub xanəgahında aparılan qazıntılardan sonra abidənin yaxınlığında həyata keçirilən növbəti arxeoloji tədqiqatlar nəticəsində daha bir türbənin qalıqları və xanəgahın mühafizə divarları torpaq qatının altından çıxarılıb.

X. Alməmmədov bildirib ki, tapıntılar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Azərbərpa” Elimi-Tədqiqat Layihə İnstitutunun mütəxəssislərinə təhvil verilsə də, onun mühafizəsi normal şəkildə təşkil edilməyib. Açıq hava şəraitində qalan arxeoloji tapıntıların xüsusi mühafizəyə ehtiyacı var, əks təqdirdə onu qoruyub saxlamaq mümkün olmayacaq. Artıq yağmurlu havaların yaxınlaşdığını deyən arxeoloq bildirib ki, Şeyx Babı Yaqub xanəgahında torpağın altından çıxarılan tapıntılar rütubətli hava şəraitində qısa müddət ərzində tamamilə sıradan çıxacaq.

O qeyd edib ki, Şeyx Babı Yaqub Türbəsi Şuşa və Xudafərin körpüsündən sonra Qarabağ bölgəsində ən dəyərli və böyük tarixi abidələrdən hesab olunur. Burada açıq muzey yaradılması nəzərdə tutulur. Bu xanəgah bərpa olunarsa, turizm üçün çox əlverişli tarixi abidələrdən birinə çevriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR