Bank Of Baku

Bakı Caz Mərkəzində xeyriyyə konserti keçiriləcək

Bakı Caz Mərkəzində xeyriyyə konserti keçiriləcək
# 31 avqust 2011 15:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Yeni mövsümün başlaması ilə əlaqədar sentyabrın 1-də Bakı Caz Mərkəzində xeyriyyə konserti keçiriləcək. Bakı Caz Mərkəzindən APA-ya verilən məlumata görə, konsertdən əldə olunan vəsait valideyn himayəsindən məhrum olan, internat məktəblərində yaşayan və xəstə uşaqlara xərclənəcək. Konsertdə “Eurovison-2009” müsabiqəsində Azərbaycanı təmsil edən və üçüncülük qazanan Aysel Teymurzadə, əməkdar artist Sevda Ələkbərzadə, Elmira Ələkbərzadə, Çingiz Mustafayev, Dilarə Kazımova və “Excellent” qrupu çıxış edəcək.

Xeyriyyə konsertinin biletləri 20-30 manat arasında satışa çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR