Bank Of Baku

“Dərviş Parisi partladır” filmi bərpa olunub

“Dərviş Parisi partladır” filmi bərpa olunub
# 02 sentyabr 2011 14:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dövlət Film Fondu Azərbaycanın məşhur filmlərindən olan “Dərviş Parisi partladır” filmini bərpa edib. Fondun mətbuat xidmətinin rəhbəri Rəşad Qasımovun APA-ya verdiyi məlumata görə, film artıq Bakıya gətirilib. Film üzərində bərpa işləri Rusiya Teleradio Fondu ilə birlikdə aparılıb.

Sözügedən film 1976-cı ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub və dramaturq Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” klassik komediyasının motivləri əsasında çəkilib. Filmin ssenari müəllifi Ədhəm Qulubəyov, quruluşçu rejissorları Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov, quruluşçu operatoru Zaur Məhərrəmov və Arif Nərimanbəyovdur. Rollarda SSRİ xalq artisti Sergey Yurski, xalq artistləri Leyla Bədirbəyli, Adil İsgəndərov, Mirzə Babayev, Həsənağa Turabov və başqaları çəkilib.

1986-cı ildə çəkilən “Yay gününün xəzan yarpaqları” filmi də artıq bərpa olunub. Filmin ssenari müəllifi Asim Cəlilov, rejissoru Tofiq İsmayılov, operatoru Valeri Kərimov, rəssamı Nadir Zeynalov, bəstəkarı Eldar Rüstəmov, səs operatoru Nataliya Nuriyevadır. Filmdə rollarda Siyavuş Aslan, Nəcibə Hüseynova, Firəngiz Şərifova, Yaşare Nuri, Əşrəf Quliyev, Şahmar Qəribli və başqaları çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR