Bank Of Baku

Azərbaycanlı rejissorun filmi VII Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalında iştirak edəcək

Azərbaycanlı rejissorun filmi VII Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalında iştirak edəcək
# 05 sentyabr 2011 12:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Rejissor İlqar Safatın “Leonardo Koridoru” adlı bədii tammetrajlı filmin ssenarisi VII Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalı çərçivəsində keçiriləcək ssenarilər müsabiqəsində iştirak edəcək. Festival sentyabr ayının 6-dan 11-dək Kazan şəhərində baş tutacaq. “Narimanfilm” kinokompaniyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, VII Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalı “Dialoq mədəniyyətində Mədəniyyətlər dialoqu vasitəsilə” devizi altında keçirilir. Festival Rusiya hökuməti, Tatarıstan Respublikasının prezidenti, həmçinin, məşhur dünya mədəniyyət və incəsənət xadimləri tərəfindən dəstəklənir. Festival çərçivəsində ilk dəfə təşkil olunan ssenarilər müsabiqəsində iştirak etmək üçün 166 ərizə verilib. Bu sıradan yalnız 20 ssenari seçilərək, müsabiqədə iştirak etmək imkanı qazanıb. Burada Moskva, Yekaterinburq, Samara, Sankt-Peterburq, Kazan, Belarus, Özbəkistan, Qırğızıstandan olan müəlliflər var. Müsabiqədə Azərbaycanı İlqar Safatın “Leonardo Koridoru” ssenarisi təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR