Bank Of Baku

Ukraynanın “Bravo” simli kvarteti Bakıda konsert verib

Ukraynanın “Bravo” simli kvarteti Bakıda konsert verib
# 08 sentyabr 2011 09:09 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bakıda Ukraynanın “Bravo” simli kvartetinin konserti keçirilib. APA-nın xəbərinə görə, konsert Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının konsert zalında təşkil olunub və Ukraynanın müstəqilliyini 20 illiyinə həsr edilib.

Konsertdən əvvəl çıxış edən Ukrayna səfiri Aleksandr Mişşenko Azərbaycan və Ukraynanı siyasi, iqtisadi və humanitar sahələrdə möhkəm münasibətlərə malik olan dost və qardaş ölkələr adlandırıb: “Azərbaycan bizim üçün Cənubi Qafqazda ən əsas strateji tərəfdaşdır”.

“Bravo” kvarteti konserti “Arşın mal alan” operasından fraqmentlə açıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR