Bank Of Baku

Rejissor Ağakişi Kazımov haqqında film çəkilir

Rejissor Ağakişi Kazımov haqqında film çəkilir
# 08 sentyabr 2011 09:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti, rejissor Ağakişi Kazımov haqqında film çəkilir. Bu barədə APA-ya məlumat verən rejissor bildirib ki, film onun ötən ilki yubileyi ilə əlaqədar çəkilir. Filmin çəkilişlərini “Yaddaş” studiyası həyata keçirir: “Mədəniyyət və turizm nazirimiz yubileyimin keçirilməsi haqqında əmr imzalamışdı. Yazıb xahiş etdim ki, yubileyimi kino çəkilişi ilə əvəz etsinlər. İcazə verdi və hazırda çəkilişlər aparılır”.

Artıq Azərbaycandakı çəkilişlərin baş tutduğunu deyən rejissor, yaradıcı heyətlə birgə Kazana səfər edəcəyini qeyd edib. Elə bu günlərdə Kazanda olan A. Kazımov çəkiliş qrupu ilə birgə oradakı çəkilişlərdən sonra Sankt-Peterburqa gedəcək: “Mən Almaniya səhnəsində də tamaşa hazırlamışam. Sadəcə olaraq Almaniyaya getmək üçün vəsait olmadı və bununla kifayətlənməli olduq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR