Azərbaycan filmlərinin yerli kinoteatrlarda seanslara salınmamasının səbəbi nədir? - SORĞU
“Azərbaycan” kinoteatrı: “Əgər film işləmirsə, artıq onun göstərilməsi də çətinləşir”
Mövzu ilə bağlı əlaqə saxladığımız “Azərbaycan” Beynəlxalq Kino Şirkətinin yayım üzrə koordinatoru Faiq Kazımov sözügedən məsələnin səbəblərindən danışıb. F. Kazımov deyib ki, ölkədə ilk dəfə olaraq Azərbaycan filmlərinin nümayişi ilə məhz “Azərbaycan” kinoteatrı məşğul olub: “Bu gün bütün dünyada kino sənayesi bu cür qurulub ki, nümayişdən qazanc əldə edilməlidir. Ən əsası odur ki, film işləsin və biz qazanc əldə edək. Eynilə də bu prodüser mərkəzinə, filmin yaradıcı heyətinə də lazımdır. Məhz qeyd etdiyim şərtlərlə filmi nümayişə qoyuruq. Əgər film işləmirsə, artıq onun göstərilməsi də çətinləşir. Axı bunun elektrik enerjisi var, işçilərə nəzərdə tutulan əmək haqları var. Axı mümkün deyil ki, biz filmi nümayişə çıxaraq, amma baxan olmasın. Bu düzgün iş deyil”. F. Kazımov onu da bildirib ki, “Azərbaycan” kinoteatrı özəl qurum kimi fəaliyyət göstərir və dövlət kinoteatrı deyil: “Əgər dövlət statusunda olsaydı o zaman çox rahat şəkildə Azərbaycan filmlərinin nümayişi mümkün olardı. Çünki bu cür olduğu halda heç bir problem olmazdı. Amma hazırkı məqam da biz işləməsək o zaman bağlamalıyıq”.
Oqtay Mirqasımov “Ovsunçu” filminə tamaşaçı marağının olmamasını görüb üç gündən sonra nümayişini dayandırıb...
Kino şirkətin rəsmisi yerli filmlərə auditoriyanın maraq göstərmədiyini də açıqlayıb: “Bu gün tamaşaçı Azərbaycan filmlərinə maraq göstərmir. Bəzən hətta olub ki, biz filmi nümayişə çıxarmışıq, filmin rejissoru gəlib deyib ki, “lazım deyil, çıxarın”. Görüblər ki, filmə maraq yoxdur, özləri çıxarıblar. Oqtay Mirqasımovun “Ovsunçu” filmi kinoteatrda üç gün getdi və sonra özü gəlib bu filmin nümayişini dayandırdı. Çünki gördü ki, izləyici gəlmir. Bizim camaatımız Azərbaycan filmlərindənsə xarici filmlərə baxmağı üstün tuturlar”. Onu da öyrəndik ki, Azərbaycan filmlərinin bilet satış qiyməti də Amerika filmləri ilə eyni olur.
“ParkCinema”nın cavabı olmadı
Ölkədə fəaliyyət göstərən və yetəri qədər tamaşaçı auditoriyası olan digər özəl kinoteatr “ParkCinema”dan mövzu ilə əlaqədar suallarımızı cavabsız qoydular. Bu kinoteatrda gündəlik olaraq 5 seans Amerika filmləri göstərilir. Amma çoxsaylı xarici filmlər arasında bir dəfə də olsun seanslarda yerli kinomuzun adına rast gəlinməyib. Görünür, “ParkCinema” da “Azərbaycan” kinoteatrında hökm sürən problemlə üzləşir.
Yusif Şeyxov: “Hazırda bütün dünyanı Amerika kinosu ələ alıb”
Azərbaycan filmlərinə tamaşaçı marağının olmaması, bu filmlərin kinoteatrlarda göstərilməsinin səbəblərinə Mədəniyyət və Turizm Nazirliyinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri, əməkdar mədəniyyət işçisi Yusif Şeyxovun yanaşması da maraqlıdır. Nazirlik rəsmisi bu halın Azərbaycan kinolarına tamaşaçı marağının olmaması ilə əlaqələndirməyib, hazırda bütün dünyada kino sənayesində mövcud durumun yaşandığını bildirib: “Azərbaycandakı kinoteatrların dünya kinoteatrları ilə müqayisədə orijinallığı ilə seçilməsini demək düzgün olmaz. Hazırda bütün dünyanı Amerika kinosu alıb. Yerli film istehlakçılara köməklik göstərmək üçün müxtəlif yollar axtarılır, güzəştlər olunur. Amma bu kinoların repertuarına təsir eləmir və Amerika filmləri yenə də birinci yerdədir. Bu hal Avropa ölkələrinin imkanlarından da kənardır. Təəssüf ki, bu hal bizə də aiddir”.
“Nizami” kinoteatrında əsas vəzifə yerli filmlərin nümayişidir
“Nizami” kinoteatrının yaxın zamanlarda artıq işə başlayacağını deyən Y. Şeyxov, bu məkanda əsas vəzifələrindən birinin məhz Azərbaycan filmlərini göstərmək olduğunu vurğulayıb: “Bu kinoteatrda tamaşaçılara yerli filmlərə baxmağa sözün tam mənasında imkan yaradılacaq. Bütün dünyada kinoteatr kommersiya məqsədi daşıyır və heç kəs sahibkara hansı filmi göstərməsi ilə bağlı əmr verə bilməz. Bu sahibkar üçün arqument deyil. Sahibkarın işi pul qoyub pul götürməkdir”.
Azərbaycanda istehsal olunan yeni filmlərinin keyfiyyətinə gəldikdə isə nazirlik rəsmisi, bu sahənin inkişafı üçün lazımi tədbirlərin görüldüyünü qeyd edib: “Bizim filmləri çəkən rejissorların, filmlərin ssenarilərini yazanların hər biri göz qabağındadır. Ən yaxşıları film çəkir, ən yaxşı ssenarilər ekranlaşdırılır. Lisenziyaları artırırıq, stimullaşdırma imkanlarından geniş istifadə olunur, əmək haqları, qonorarlar artırılır. Amma bu gün demək ki, Azərbaycan filmlərinə tamaşaçı baxmır, bu, düzgün fikir deyil. Filmlərin yayılmasının bir neçə üsulu var və bunlardan biri son ərəfədə yaranmış DVD disklərdə, televiziya kanallarında nümayişidir. Azərbaycan filmlərinin bu üsullarla yaymaq mümkündür və bu iş aparılır. Kanallarda da istər köhnə, istər yeni filmlərimiz göstərilir”.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
PUA hücumuna məruz qalan tanker Türkiyə sahillərində saya oturub
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 237 nəfər xilas edilib, 7 nəfər ölüb- YENİLƏNİB-4
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək