Bank Of Baku

“Moskva bakılının gözü ilə” adlı foto-sərgi açılıb - FOTO

“Moskva bakılının gözü ilə” adlı foto-sərgi açılıb - <font color=red>FOTO</font>
# 09 sentyabr 2011 11:49 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakıdakı Rusiya Mədəniyyət-İnformasiya Mərkəzində “Moskva bakılının gözü ilə” adlı foto-sərgi açılıb. APA-nın xəbərinə görə, tədbir Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən Moskva Günü ilə əlaqədar təşkil olunub. Sərgidə azərbaycanlı fotomüxbir Şirməmməd Nəzərlinin Moskvada çəkdiyi 40-dan çox foto nümayiş etdirilir.
Tədbirin açılışında çıxış edən Rusiya səfirliyinin müşaviri Oleq Kroxin bildirib ki, sərgi Azərbaycan-Rusiya əlaqələrinin inkişafına kömək edəcək: “Şirməmməd Nəzərlinin sərgisi bir-birini daha yaxşı anlamağın, münasibətləri inkişaf etdirməyin zərurətini insanlara çatdırmaq cəhdidir”.
Açılışda Rusiya səfirliyinin nümayəndələri, ziyalılar və ictimai təşkilatların təmsilçiləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR