Bank Of Baku

Azərbaycan teatrı ilk dəfə Amerikada çıxış edəcək

Azərbaycan teatrı ilk dəfə Amerikada çıxış edəcək
# 09 sentyabr 2011 12:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 20-dən 27-dək Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində “Amerikada Azərbaycan teatr bayramı” adı altında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə iştirak etmək məqsədi ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı heyəti Nyu-Yorka səfər edəcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevin rəhbərlik etdiyi yaradıcı heyətə tanınmış səhnə ustaları – xalq artistləri Afaq Bəşirqızı, Hüseynsəfa Mirzəhəsənov, solist-vokalist Nərgiz Kərimova, aktyor Əlimməməd Novruzov və başqaları daxildir. Tədbirdə sənətçilərin ifasında komediyalardan parçalar nümayiş olunacaq. Tədbirin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Nyu-York Assosiasiyasıdır.

Qeyd edək ki, bu, 139 illik tarixində Azərbaycan teatrının okeanın o tayına - Amerikaya ilk səfəridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR