Bank Of Baku

Azərbaycanın gənc vokalçısı “Sozvezdie - 2011” müsabiqəsində qələbə qazanıb – FOTO

Azərbaycanın gənc vokalçısı “Sozvezdie - 2011” müsabiqəsində qələbə qazanıb – <font color=red>FOTO </font>
# 09 sentyabr 2011 13:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı uşaq musiqi məktəbinin şagirdi, istedadlı vokalçı Məhərrəm Hüseynli Ukraynanın Odessa şəhərində ənənəvi olaraq keçirilən 9-cu Beynəlxalq “Sozvezdie - 2011” musiqi müsabiqəsində qələbə qazanıb. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, M. Hüseynli 13-16 yaş arası yeniyetmələrin musiqi müsabiqəsində qızıl medala və diploma layiq görülüb. Avstriya, Ukrayna, Almaniya, Rusiya və Macarıstanın aparıcı mədəniyyət xadimlərinin daxil olduğu münsiflər heyəti festivalda onun səs, səhnə mədəniyyəti, ifaçılıq qabiliyyəti, repertuar zənginliyini yüksək qiymətləndirib.

V. Motsartın “Fiqaronun toyu” operasından Fiqaronun ariyası və Müslüm Maqomayevin repertuarından ölkəmizə ithaf olunmuş ən gözəl əsərlər sırasında olan “Azərbaycan” mahnısı M. Hüseynliyə qələbə qazandırıb.

Müsabiqənin məqsədi yeniyetmələrin yaradıcılığı vasitəsilə Avropa ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsi, yetişməkdə olan gənc nəslin yaradıcı potensialının daha da inkişaf etdirilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR