Bank Of Baku

Türkiyənin gənc şair və solisti Halil Erten cərəyan vurması nəticəsində dünyasını dəyişib

Türkiyənin gənc şair və solisti Halil Erten cərəyan vurması nəticəsində dünyasını dəyişib
# 09 sentyabr 2011 16:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin Dənizli vilayətində fəaliyyət göstərən, gənclər arasında daha çox sevilən musiqi qruplarından birinin 28 yaşlı solisti Halil Erten vəfat edib. APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi xəbərə görə, müğənni işlədiyi tekstil firmasında avtomobil yuyarkən cərəyan vurmasından dünyasını dəyişib. Hadisə avtomobilinin elektrik naqilinin suya dəyməsi nəticəsində baş verib.

Qrup yoldaşları ilə birgə yeni albom çıxarmaq istəyən musiqiçi məhz bunun üçün pul yığırmış. Mərhum 2006-cı ildə dostları ilə birgə “Nara” qrupu yaradıb. Xəlil Erten qrupun solisti idi və qrupun ifa etdiyi “Getmə” mahnısı internetdə yüklənmə rekordu qırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR