Bank Of Baku

Tiflisdə Elçin Əfəndiyevin “Qatil” dramı tamaşaya qoyulacaq

Tiflisdə Elçin Əfəndiyevin “Qatil” dramı tamaşaya qoyulacaq
# 13 sentyabr 2011 11:43 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında fəaliyyət göstərən Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrı yeni tamaşa hazırlayır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu, Azərbaycan yazıçısı Elçin Əfəndiyevin “Qatil” dramıdır. Artıq tamaşanın məşqlərinə başlanıb. Tamaşanın quruluşçu rejissoru Namiq Valehoğludur. Əsər Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə səhnələşdirilir. Tamaşanın təşkilatçısı və tərəfdaş dəstəkçisi Gürcüstanda Azərbaycan Mədəniyyətinin İnkişaf Mərkəzidir.
Quruluşçu rejissor Namiq Valehoğlu bu əsərlə Gürcüstanda Azərbaycan dilli teatr mövsümünün açılacağını bildirib: “Bu, maraqlı bir əsərdir. Gənclərimiz rolları daha canlı və maraqlı oynamaq üçün ciddi çalışırlar. Əsərin təqdimatı sentyabrın axırında olacaq. Bu tamaşaya Gürcüstanın dövlət strukturlarından, Azərbaycanın Gürcüstandakı səfirliyindən, şirkətlərdən, soydaşlarımızın kompakt yaşadığı bölgələrdən tamaşaçılar dəvət edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR