Bank Of Baku

Azərbaycanın cizgi filmi beynəlxalq festivalda mükafat qazanıb

Azərbaycanın cizgi filmi beynəlxalq festivalda mükafat qazanıb
# 15 sentyabr 2011 07:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında çəkilmiş “Təmiz, natəmiz və biz” cizgi filmi XVI “Qızıl balıq” Beynəlxalq Cizgi Filmləri Festivalında mükafata layiq görülüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanı təmsil edən bu cizgi filmi səkkiz ölkə nümayəndələrindən ibarət münsiflər heyətinin rəyi ilə “Yüksək peşəkarlığa görə” mükafat qazanıb. Filmin ssenari müəllifi Gülşən Tofiq qızı, rejissoru Firəngiz Qurbanova, animatorlar Zemfira və Cavid Əhədovlar, bəstəkar Firudin Allahverdidir. “Qızıl balığ”ın builki proqramında 80-ə yaxın film iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR