Bank Of Baku

Türkiyənin “Kanal A” televiziyası Azərbaycana həsr olunmuş sənədli film hazırlayır

Türkiyənin “Kanal A” televiziyası Azərbaycana həsr olunmuş sənədli film hazırlayır
# 15 sentyabr 2011 12:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin “Kanal A” televiziyası Azərbaycanla bağlı sənədli film hazırlayır. Bu barədə APA-ya filmin rejissoru, hazırda Azərbaycanda səfərdə olan Abdullah Türksoy məlumat verib. A.Türksoyun sözlərinə görə, filmin yaradıcı heyəti Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Şəkidə və cənub bölgəsində çəkilişlər aparıb. Filmdə Azərbaycanın yerli adət-ənənələri, insanların yaşayışı, tarixi abidələri, turizm potensialı, ölkənin iqtisadi imkanları tanıdılır. 4 saatlıq sənədli film oktyabrın əvvəllərində sözügedən kanalda yayımlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR