Bank Of Baku

Heykəltəraş Aleksandr Rukaveşnikov: “Abidənin görkəmi lap ürəyimcə olmasa da, Moskvada Müslüm Maqomayevin heykəlinin ucaldılmasına sevinirəm”

Heykəltəraş Aleksandr Rukaveşnikov: “Abidənin görkəmi lap ürəyimcə olmasa da, Moskvada Müslüm Maqomayevin heykəlinin ucaldılmasına sevinirəm”
# 15 sentyabr 2011 14:44 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Abidənin görkəmi lap ürəyimcə olmasa da, Müslüm Maqomayevin heykəlinin Moskvada ucaldılmasına sevinirəm”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Müslüm Maqomayevin heykəlinin yaradıcılarından biri, Rusiyanın tanınmış rəssamı və heykəltəraşı Aleksandr Rukaveşnikov deyib. O bildirib ki, İqor Voskresenki ilə birlikdə daha modern üslubda heykəl hazırlamaq istəyiblər: “Lakin fakt ondan ibarətdir ki, abidə ucaldılıb. Müslüm Maqomayev kimi dahi şəxsiyyətin heykəli Moskva şəhərində öz yerini tapıb”.

Qeyd edək ki, A. Rukaveşnikov məşhur yazıçı Fyodor Dostoyevski və məşhur aktyor Vladimir Vısotskinin heykəllərinin də müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR