Milli Musiqi Günü Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında təntənəli şəkildə qeyd olunub
Daha sonra ziyarətçilər Azərbaycan klassik musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşıb, qəbirüstü abidəsinə gül dəstələri qoyublar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev artıq necə illərdir, bu günün təntənə ilə qeyd olunduğunu deyib. Azərbaycan musiqisinin inkişafında Ü. Hacıbəylinin böyük xidmətləri olduğunu deyən nazir vurğulayıb ki, xalqımız da bu böyük insanın xatirəsini heç vaxt unutmur.
Sonra bəstəkara ehtiram əlaməti olaraq Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından kompozisiya səslənib. Milli Musiqi Günündə mədəniyyət və incəsənət xadimləri görkəmli mədəniyyət və incəsənət xadimləri Müslüm Maqomayev, Rəşid Behbudov, Qara Qarayev, maestro Niyazi və digərlərinin də xatirəsi yad olunub.
Sonra tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) qarşısında davam etdirilib. Nazir Ə. Qarayev bu günü sadəcə musiqisevərlərin yox, həm də bütün Azərbaycan xalqının bayramı olduğunu qeyd edib, bildirib ki, 18 sentyabrın bayram kimi qeyd edilməsi ənənəsi Heydər Əliyevin 1995-ci ildə bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı fərmanla qoyulub: “Odur ki, hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Musiqi bayramında 3 ildir ki, Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan beynəlxalq festival keçirilir. Bu il də sentyabrın 18-dən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda 3-cü Beynəlxalq Musiqi Festivalı başlayır. 12 gün davam edəcək bu tədbirdə dünyanın bir çox tanınmış musiqiçiləri iştirak edəcək. Azərbaycan dövləti musiqinin inkişafına xüsusi diqqət ayırır”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Üzeyir dünyası” layihəsi çərçivəsində “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası” kitabları, onun “Bədii və publisistik əsərləri”, “Leyli və Məcnun”, “Koroğlu” operaları, “O olmasın, bu olsun” musiqili komediyasının klavir, libretto və CD-lərinin işıq üzü gördüyünü diqqətə çatdırıb: “Bu gün burada böyük izdiham var. Hamı dahi bəstəkarın ölməz xatirəsini anmaq istəyir. Üzeyir Hacıbəylinin əsərləri hər dəfəsində əzəmətlə səslənir. Onun “Koroğlu” operası TÜRKSOY tərəfindən səhnəyə qoyuldu. Onun əsərləri dünən Almaniyada səsləndi”.
BMA rektoru, xalq artisti Fərhad Bədəlbəyli da bu günün təkcə musiqiçilərin deyil, Azərbaycan xalqının bayramı olduğunu deyib: “Bu gün müqəddəs gündür. Üzeyir bəyin anadan olması xalqımız üçün böyük xoşbəxtlik, o, tanrının bizə bəxşidir. Üzeyir Hacıbəyli olmasaydı, sözsüz ki, Azərbaycan musiqisi belə inkişaf edə bilməzdi”.
Tədbirdə xalq artisti Rauf Abdullayev, dirijor Yalçın Adıgözəlov və digərləri Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığından danışıb, onun musiqimizin inkişafındakı xidmətlərinin əvəzsiz olduğunu deyiblər.
Mərasimdə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri, Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin ifasında dahi bəstəkarın əsərlərindən parçalar səslənib.
Xatırladaq ki, 18 sentyabr - Milli Musiqi Günü silsilə tədbirlərlə davam edəcək. Azərbaycan Dövlət Filarmoniyasında “Buta” Kamera Xorunun konserti ilə Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalın açılış mərasimi olacaq.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
PUA hücumuna məruz qalan tanker Türkiyə sahillərində saya oturub
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 237 nəfər xilas edilib, 7 nəfər ölüb- YENİLƏNİB-4
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək