Bank Of Baku

Azərbaycanlı rejissor Gürcüstanda keçirilən beynəlxalq film festivalın münsiflər heyətində təmsil olunur

Azərbaycanlı rejissor Gürcüstanda keçirilən beynəlxalq film festivalın münsiflər heyətində təmsil olunur
# 19 sentyabr 2011 07:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Miras” sənədli filmi sentyabr ayının 17-dən 24-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək “Batumi İnternational Art House Film Festival” kinofestivalının “International COMPETITION - Short Films Section” bölməsində Azərbaycanı təmsil edəcək. Filmin rejissoru Fariz Əhmədovun APA-ya verdiyi məlumata görə, festivalın bu bölməsində 17 ölkənin 30 filmi mükafat uğrunda mübarizə aparacaq. Ümumilikdə festival çərçivəsində 40-dan artıq ölkənin 100-ə yaxın filmi nümayiş olunacaq. Bir neçə bölmədə keçirilən festivalın beynəlxalq münsiflər heyətində azərbaycanlı rejissor Elçin Musaoğlu da təmsil olunur.

Xatırladaq ki, “Miras” sənədli filmi bir neçə beynəlxalq festivalda uğur qazanıb. Filmin ssenari müəllifi - Esmira Eyyub, quruluşçu operatoru - Fərid Bağırov, montajçısı - Firudin İsmayılov, səs rejissoru - Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir. Film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR