Bank Of Baku

Yaşar Nurinin səhhəti pisləşib, aktyor süni nəfəs aparatına qoşulub

Yaşar Nurinin səhhəti pisləşib, aktyor süni nəfəs aparatına qoşulub
# 19 sentyabr 2011 08:33 (UTC +04:00)
APA-nın məlumatına görə, dörd gün əvvəl halı qəflətən pisləşən aktyor Dövlət Gömrük Komitəsinin Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Öyrəndik ki, aktyor hazırda süni nəfəs aparata qoşulub, danışa bilmir. Y. Nurinin vəziyyətinin pisləşməsinə səbəb kimi onun həkimlərin tələblərinə riayət etməməsi göstərilir.

Qeyd edək ki, Yaşar Nuri bu il ərzində bir neçə dəfə xəstəxanaya yerləşdirilib. Aktyorun ağ ciyərində problemlər olduğu deyilir. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəli Türkiyənin Memorial Xəstəxanasında uzun müddət müalicə olunub.

Xatırladaq ki, Yaşar Nurinin oktyabrın 5-də Akademik Milli Dram Teatrında 60 illik yubileyinin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR