Bank Of Baku

Azərbaycan prezidenti Bakıda Qara Qarayev adına 8 saylı onbirillik musiqi məktəbinin açılışında iştirak edib

Azərbaycan prezidenti Bakıda Qara Qarayev adına 8 saylı onbirillik musiqi məktəbinin açılışında iştirak edib
# 19 sentyabr 2011 10:21 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 19-da Bakıda Qara Qarayev adına 8 saylı onbirillik musiqi məktəbinin açılışında iştirak edib. APA-nın məlumatına görə, prezident məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verib ki, musiqi məktəbinin binasında əsaslı təmir işlərinə ötən ilin mayında başlanıb.

Prezident məktəb binası ilə tanış olub.

Daha sonra konsert zalında məktəbin şagirdinin ifasını dinləyən dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR