Bank Of Baku

“Qorxma mən səninləyəm-2” filminin mahnılarını Polad Bülbüloğlu və Eldar Qasımov ifa edəcəklər

“Qorxma mən səninləyəm-2” filminin mahnılarını Polad Bülbüloğlu və Eldar Qasımov ifa edəcəklər
# 19 sentyabr 2011 12:18 (UTC +04:00)
Filmdə mahnıları Polad Bülbüloğlu və “Eurovision” qalibi Eldar Qasımov ifa edəcəklər. P. Bülbüloğlu deyib ki, qısa müddət ərzində filmin musiqisi hazır olacaq.

Azərbaycan və Rusiya kinematoqrafçılarının birgə istehsalı olan “Qorxma mən səninləyəm-2” bədii filminin çəkilişləri Pirallahı qəsəbəsində, Qax rayonunun İlisu kəndində aparılıb. Filmin quruluşu tanınmış azərbaycanlı rejissor Yuli Qusmana aiddir. Filmdə xalq artisti Polad Bülbüloğlu, SSRİ xalq artisti Lev Durov, SSRİ xalq artisti, sirk ustası Muxtarbek Kantemirov, Rusiyanın tanınmış aktyorlarından olan Mixail Yefremov, Azərbaycanın xalq artisti Məbud İsmayılzadə, “Eurovision” qalibi Eldar Qasımov və başqaları çəkilirlər.

Xatırladaq ki, ikinci filmdə birinci seriyada təsvir olunan hadisələrdən 20 il sonra cərəyan edən hadisələr lentə alınır. Ekran əsərinin süjet xətti macara ilə yanaşı, məhəbbət üzərində qurulub. Çəkilişlərin 2 ay yarım çəkəcəyi və təqribən oktyabrın sonlarında başa çatacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR