Bank Of Baku

Bakıda Avstriyanın müasir incəsənət sərgisi keçiriləcək

Bakıda Avstriyanın müasir incəsənət sərgisi keçiriləcək
# 20 sentyabr 2011 15:25 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Sentyabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində Avstriyanın “In Between” adlı müasir incəsənət sərgisi keçiriləcək. Bu barədə APA-ya Avstriyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Sərgi Avstriya Təhsil, İncəsənət və Mədəniyyət Federal Nazirliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə təşkil edilib. Sərgidə Avstriyanın 36 rəssamının 40-dan çox əsəri nümayiş etdiriləcək.
“In Between” sərgisi İsraildə keçirilən ilk təqdimatından sonra, Xorvatiya, Monteneqro, Kipr, Macarıstan, Türkiyə, Lixtenşteyn, Avstriya, Belçika və Litva kimi ölkələrdə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR