Bank Of Baku

Azərbaycanın tarixini, mədəni irsini və xalq sənətini təbliğ edən layihə həyata keçirilib

Azərbaycanın tarixini, mədəni irsini və xalq sənətini təbliğ edən layihə həyata keçirilib
# 21 sentyabr 2011 09:15 (UTC +04:00)
Bakı – APA. “İnkişaf naminə təşəbbüs” İctimai Birliyi “Azərbaycanda turistlər üçün xalq yaradıcılığı işlərinin və suvenirlərin dizayn eskizlərinin hazırlanması və təbliği” layihəsi həyata keçirib. APA-nın məlumatına görə, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşən layihənin əsas məqsədi turistlər vasitəsilə Azərbaycanın qədim tarix, mədəniyyət və xalq yaradıcılığı nümunələrinin xarici ölkələrdə təbliğidir.

Layihə çərçivəsində xalq yaradıcılığı nümunələrini, Azərbaycanın mədəniyyətini, tarixini, keçmişini və bu gününü özündə əks etdirən yeni, müasir hədiyyə və suvenirlər hazırlanıb. On tematik istiqaməti əks etdirən hər bir suvenirin hazırlanmasında istifadə olunan naxış və ornamentlər sırf Azərbaycan xalq yaradıcılığına aiddir və milli koloriti əks etdirir. Layihə icraçıları bu naxış və ornamentləri Bakı, Gəncə, Şəki, İsmayıllı, Quba, Lənkəran şəhərlərinin qədim mədəni irs nümunələrindən seçiblər.

Suvenirlərə onlayn baxışın keçirilməsi məqsədilə www.ornament.az saytı yaradılıb.

Saytda həmçinin layihə haqqında ətraflı məlumat, Azərbaycanın naxış və ornament tarixi, layihə çərçivəsində istifadə olunan mənbələr əks olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR