Bank Of Baku

Emin Ağalarov dünya şöhrətli müğənni Müslüm Maqomayev haqqında çəkilən verilişdə iştirak edib

Emin Ağalarov dünya şöhrətli müğənni Müslüm Maqomayev haqqında çəkilən verilişdə iştirak edib
# 22 sentyabr 2011 09:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Emin Ağalarov Azərbaycanın dünya şöhrətli müğənnisi Müslüm Maqomayev haqqında çəkilən verilişdə iştirak edib. APA-nın müğənninin internet saytına istinadən yaydığı xəbərə görə, Rusiyanın ORT kanalında hazırlanan “Respublikanın neməti” adlı veriliş Müslüm Maqomayevə həsr edilib.

Verilişdə Emin məşhur “Luç solnca zolotoqo” (“Qızıl günəşin şüası”) mahnını ifa edib. Bu mahnı Müslüm Maqomayev tərəfindən 1973-cü ildə “Bremen musiqiçilərin izləriylə” animasiya filmi üçün yazılıb. Böyük sənətkardan bəhs edən veriliş oktyabr-noyabr aylarında Rusiyanın “1-ci kanalı”nda nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR