Bank Of Baku

Gəncə Dövlət Dram Teatrında 117-ci teatr mövsümə start verilib

Gəncə Dövlət Dram Teatrında 117-ci teatr mövsümə start verilib
# 22 sentyabr 2011 10:18 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncə Dövlət Dram Teatrında 117-ci teatr mövsümünə start verilib. Teatrdan APA-nın Qərb bürosuna verilən məlumata görə, kollektiv yeni mövsümə Oqtay Altunbəyin “Seyx Nizami” əsəri ilə start verib. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar səhnələşdirilən əsərin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Vaqif Şərifovdur.

Yeni mövsümdə Gəncə Dövlət Dram teatrının kollektivi tamaşaçılara Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah”, Aydın Murovdağlının “Alın yazısı” və rus yazıçısı Nikolay Qoqolun “Evlənmə” pyeslərini təqdim edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR