Bank Of Baku

Belçikada azərbaycanlı rəssamın sərgisi açılacaq

Belçikada azərbaycanlı rəssamın sərgisi açılacaq
# 22 sentyabr 2011 12:21 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Sentyabrın 24-də Belçikanın Van Bers şəhərində türkiyəli rəssam Timur Taştəkinin sərgisi açılacaq. Sərgi şəhər bələdiyyəsinin sənət qalereyasında təşkil olunacaq. Belçikaya yola düşməzdən əvvəl APA-nın Türkiyə müxbirinə açıqlama verən T. Taştəkin bildirib ki, bu, onun Belçikada keçiriləcək üçüncü sərgisi olacaq: “Sənətsevərlərin ilk sərgimə yaxından maraq göstərməsindən sonra Van Bers bələdiyyəsi hər il yeni sərgimi açmağı qərarlaşdırıb. Şəhər bələdiyyəsi sərgimin açılışı haqqında mətbuata elanlar verib, küçələrə sərgimlə bağlı afişalar asılıb. Bu sərgidə yağlı boya tablolarımı nümayiş etdirəcəyəm. Əsərlərimdə doğma vətənim olan Azərbaycan və Qafqaz motivləri üstünlük təşkil edir. Ayın 24-də açılacaq sərgidə Azərbaycan və Qars xalıları mövzusunu işləmişəm. Tablolarımda türk mədəniyyətinin motivlərini ön plana çıxarıram. Bundan sonrakı ən mühüm hədəfim vətənim Azərbaycanda sərgi açmaqdır. Bunu ürəkdən istəyirəm. Sevə-sevə Azərbaycana gedib orda da çalışacağam və sərgilər açacağam”.

Qeyd edək ki, Ərdahan vilayətinin Çıldır mahalında anadan olan rəssam Timur Taştəkin indiyə qədər Türkiyənin müxtəlif şəhərlərində 30-da çox fərdi sərgi açıb. Onun tabloları İstanbulun hərrac salonlarında ən çox tələb görən əsərlər arasında yer tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR