Bank Of Baku

Respublika uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçiriləcək

Respublika uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçiriləcək
# 23 sentyabr 2011 10:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçiriləcək. Müşavirə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə təşkil olunacaq. Nazirlikdən APA-ya verilən məlumata görə, müşavirədə respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə 2010/2011-ci tədris ilinin yekunları, habelə yeni 2011/2012-ci dərs ilində məktəblərin qarşısında duran vəzifələr müzakirə olunacaq.
Müşavirə sentyabrın 26-da Bakı şəhər Qara Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR