Bank Of Baku

İtaliyada azərbaycanlı tələbələr Həsən və Əli İsgəndərovların əl işləri nümayiş etdirilib

İtaliyada azərbaycanlı tələbələr Həsən və Əli İsgəndərovların əl işləri  nümayiş etdirilib
# 23 sentyabr 2011 20:57 (UTC +04:00)
Bakı-APA. İtaliyanın Fonte Nuova şəhərində Roma İncəsənət Universitetində təhsil alan gənc heykəltəraşların sərgisi keçirilib. Həmin sərgidə digər tələbələrlə yanaşı ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yuxarıda adı çəkilən Universitetdə təhsil alan azərbaycanlı tələbələr Həsən və Əli İsgəndərovların əl işləri də nümayiş etdirilib. Bu barədə APA-ya Azərbaycanın Romadakı səfirliyindən məlumat verilib.

Sərginin açılış mərasimində Fonte Nuova şəhərinin meri Qratsiano Di Buo və Roma İncəsənət Universitetinin rektoru Alfio Monçelli çıxış ediblər. Mərasimində İtaliya və digər ölkələrin incəsənət xadimləri və Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Azərbaycanlı gənc heykəltəraşların əl işləri böyük maraq doğurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR