Bank Of Baku

“Oskar-2012” mükafatının təltif olunması mərasimində Türkiyəni təmsil edəcək film yeddi iş arasından seçiləcək

“Oskar-2012” mükafatının təltif olunması mərasimində Türkiyəni təmsil edəcək film yeddi iş arasından seçiləcək
# 24 sentyabr 2011 11:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2012-ci ilin fevralında keçiriləcək 84-cü “Oskar” mükafatının təltifetmə mərasimində Türkiyəni təmsil etmək üçün 7 tammetrajlı filmin namizədliyi irəli sürülüb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Səlim Dəmirdələnin “Kavşak”, Orxan Oğuzun “Hayde bre”, Dərviş Zaimin “Kölgələr və sürətlər”, Handan İpəkçinin “Çinar ağacı”, Nuri Bilgə Ceylanın “Bir zamanlar Anadoluda”, Seren Yüncənin “Çoğunluq” və Seyfi Teomanın “Bizim böyük çarəsizliyimiz” filmlərindən yalnız biri Türkiyəni “Ən yaxşı xarici film” nominasiyasında “Oskar” mükafatında təmsil edəcək.

Oktyabrın ilk həftəsində müəyyənləşdiriləcək film Amerika Film Akademiyasına təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR