Bank Of Baku

Əbülfəs Qarayev: “İncəsənət məktəblərində nöqsanlar həllini tapmasa, Azərbaycan incəsənəti sarsılacaq”

Əbülfəs Qarayev: “İncəsənət məktəblərində nöqsanlar həllini tapmasa, Azərbaycan incəsənəti sarsılacaq”
# 26 sentyabr 2011 09:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı şəhərində yeni istifadəyə verilən Qara Qarayev adına 8 saylı 11 illik Musiqi Məktəbində uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsini keçirib. APA-nın məlumatına görə, ölkədə 238 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbinin fəaliyyət göstərdiyini xatırladan Ə. Qarayev, bunlardan 185-nin musiqi, 51-nin incəsənət, 2-nin rəssamlıq məktəbi olduğunu deyib: “Bu gün uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində 71 min şagird təhsil alır. Ümumi müəllim sayı isə 16 min 500-dür. Şagirdlərin sayına nəzər salanda bu sahəyə maraq görünür. Təəssüf ki, bəzən təhsilin səviyyəsi yetərli səviyyədə olmur. Bu, çox ciddi problemdir. Məhz bu səbəbdən bu gün nöqsanları göz önünə gətirmək istəyirəm, bundan hər birinizin xəbəriniz olmalıdır. Əgər incəsənət məktəblərində nöqsanlar həllini tapmasa, o zaman Azərbaycan incəsənəti sarsılacaq”.

Nazir müşavirənin ənənəvi olaraq hər il keçirildiyini söyləyib və bu cür görüşlərin incəsənət məktəblərinin fəaliyyətinə müsbət təsir göstərdiyini vurğulayıb: “Doğrudur, ildən-ilə nailiyyətlər olur. Bu sırada beynəlxalq uğurları da unutmaq doğru olmaz. İncəsənət məktəblərində dərslərin səviyyəsinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi son illər inkişafa zəmin yaradıb və biz bu inkişafı davam etdirmək fikrindəyik. Lakin musiqi məktəblərinin fəaliyyətində bizi narahat edən ciddi məsələlər var ki, onların müzakirəsi mütləqdir. İnanıram ki, tələbkarlığımızla bunu əldə edəcəyik”.

Müşavirədə 2010/2011-ci tədris ilinin yekunları, habelə yeni 2011/2012-ci dərs ilində məktəblərin qarşısında duran vəzifələr müzakirə olunub. Müşavirə daha sonra qapalı davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR