Bank Of Baku

Milli Dram Teatrında Hamlet Xanızadənin 70 illiyi qeyd olunacaq

Milli Dram Teatrında Hamlet Xanızadənin 70 illiyi qeyd olunacaq
# 26 sentyabr 2011 09:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında milli teatr və kino sənətinin görkəmli simalarından biri, əməkdar artist, dövlət mükafatı laureatı Hamlet Xanızadənin anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gecədə mərhum aktyorun həyat və yaradıcılığından danışılacaq, oynadığı filmlərdən, tamaşalardan parçalar göstəriləcək.
Hamlet Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şağan qəsəbəsində anadan olub. 50-ci illərin sonlarında İncəsənət Universitetinə daxil olan H. Xanızadə professional teatr fəaliyyətinə 1961-ci Akademik Dram Teatrında başlayıb. H. Xanızadə Cəlil Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı”, Nəriman Həsənzadənin “Atabəylər”, Nazim Hikmətin “Şöhrət və unudulan adam”, Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun “Vaqif”, Uilyam Şekspirin “Antoni və Kleopatra”, Fridrix Şillerin “Məkr və məhəbbət” əsərləri əsasında hazırlanan tamaşalarda müxtəlif obrazları yaradıb.

Hamlet Xanızadə, həmçinin “Yeddi oğul istərəm” (Gizir), “O qızı tapın”, “Axırıncı aşırım” (Talıbov), “Arxadan vurulan zərbə” (İmaş), “Babək” (Xəlifə Mötəsim), “Qətl günü” (Sədi Əfəndi), “Yaramaz” (zavod direktoru) filmlərində çəkilib.

Hamlet Xanızadə 1990-cı il fevralın 22-də dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR