Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı 84-cü teatr mövsümünə start verib

Gənc Tamaşaçılar Teatrı 84-cü teatr mövsümünə start verib
# 26 sentyabr 2011 09:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 84-cü teatr mövsümünə start verib. APA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən teatrın direktoru, əməkdar artist Mübariz Həmidov yeni mövsümdə tamaşaçılara maraqlı səhnə əsərləri vəd edib. Teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova çıxışında yeni mövsümündə teatrın daimi tamaşaçılarını maraqlı səhnə əsərlərinə baxmağa dəvət edib. Daha sonra Hüseyn Cavidin iki hissədən ibarət “Şeyx Sənan” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir. Tamaşada rolları əməkdar artistlər Rahib Əliyev (Şeyx Əbuzər), Gülər Nəbiyeva (Zəhra), Şövqi Hüseynov (Şeyx Sənan), Nofəl Vəliyev (Şeyx Hadi), İlqar Cahangirov (Dərviş), Leyli Vəliyeva (Xumar), Qəmər Məmmədova (Nina), Seyidşah Məmmədov (Platon), aktyorlar Rövşən Abbasov (Şeyx Kəbir), Şəbnəm Hüseynova (Əzra), Sərvər Əliyev (Şeyx Sədra), Vüqar Məmmədəliyev (Şeyx Mərvan), Bəxtiyar Kərimov (Şeyx Cəfər), Elnur Hüseynov (Anton), Eyvaz İbrahimov (Simon), Kərəm Hadızadə (papas) və digərləri canlandırıblar.

Mövsümün açılış günü uşaqlar üçün Azərbaycan xalq nağılı “Göyçək Fatma” nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, bəstəkarı Cahangir Zülfüqarov, quruluşçu rəssam Mustafa Mustafayev, rejissor və xoreoqraf Nicat Kazımovdur. Rollarda əməkdar artistlər Naibə Allahverdiyeva (Ögey ana), Lətifə Əliyeva (Qarı nənə), Seyidşah Məmmədov (kişi), aktyorlar Almaz Mustafayeva (tənbəl qız), Asya Atakişiyeva (Göyçək Fatma), Mirzəağa Mirzəyev (Şahzadə) və digərləri çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR