Bank Of Baku

Lənkəran teatrı yeni mövsümə başlayıb

Lənkəran teatrı yeni mövsümə başlayıb
# 26 sentyabr 2011 10:20 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası özünün 121-ci mövsümünə başlayıb. Teatrın direktoru İslam Həsənovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, kollektiv yeni mövsümü yazıçı-dramaturq Kamran Nəzirlinin “Şeytan işığı” pyesinin premyerası ilə açıb. Naxçıvan Dövlət Dram Teatrının baş rejissoru, Azərbaycanın xalq artisti Kamran Quliyevin quruluş verdiyi tamaşada əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, aparıcı aktyorlardan Zemfira Nəcəfova , Qızılgül Quliyeva, Sücəddin Mirzəyev, Aynur Əhmədova və başqaları ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR