Bank Of Baku

Rusiya Dövlət Akademik Böyük Teatrının xoreoqrafı Lyudmila Semenyaka Azərbaycanda ustad dərsləri keçəcək – FOTO

Rusiya Dövlət Akademik Böyük Teatrının xoreoqrafı Lyudmila Semenyaka Azərbaycanda ustad dərsləri keçəcək – FOTO<font color=red> </font>
# 26 sentyabr 2011 15:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyanın tanınmış balet ustası, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Rusiya Dövlət Akademik Böyük Teatrının xoreoqrafı Lyudmila Semenyaka paytaxtımızın qonağı olacaq. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən Bakıya dəvət olunan balerina teatrın balet truppasında ustad dərsləri keçəcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Lyudmila Semenyaka sentyabrın 26-dan 30-a kimi şəhərimizdə olacaq, truppada ustad dərsləri keçirəcək, aparıcı solistlərlə fərdi şəkildə məşğul olacaq, ayrı-ayrı klassik balet tamaşalarında onların ifa etdiyi partiyalarda ustalıqlarını daha da təkmilləşdirəcək.

Teatr rəhbərliyi gələcəkdə də klassik balet üzrə ən tanınmış mütəxəssislərin ustad dərslərini keçirmək üçün dəvət olunması istiqamətində işləri davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR