Bank Of Baku

Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində Motsartın “Sehirli fleyta” operasının premyerası keçirilib – FOTO

Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində Motsartın “Sehirli fleyta” operasının premyerası keçirilib  – <font color=red>FOTO </font>
# 26 sentyabr 2011 15:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Avstriya bəstəkarı V.A.Motsartın “Sehirli fleyta” operasının premyerası keçirilib. APA-nın məlumatına görə, Azərbaycanda ilk dəfə səhnəyə qoyulan operanın premyerası anşlaqla baş tutub. Tamaşada respublikanın görkəmli mədəniyyət və incəsənət xadimləri, çoxlu sayda xarici qonaqlar iştirak edib. Operanı əməkdar incəsənət xadimləri, professor Yalçın Adıgözəlovun rəhbərliyi altında simfonik orkestr və S. Hacıyevanın rəhbəri olduğu xor kollektivi ifa edib.

Tamaşada aparıcı partiyalarda teatrın istedadlı vokalçıları – əməkdar artistlər Əli Əsgərov (Zarasto), Gülnaz İsmayılova (Gecələr şahzadəsi), İnarə Babayeva (Pamina), Natəvan İsmayılova (Papagena), gənc solistlər Fərid Əliyev (Tamino), Tural Ağasıyev (Monostatos), İlham Nəzərov (Papageno), Fəridə Məmmədova, Səbinə Vahabzadə, Səbinə Əsədova (pərilər) və başqaları səhnəyə çıxıb.

Premyeradan sonra teatrın direktor müavini əməkdar mədəniyyət işçisi Yuri Babayev bildirib ki, əsərin bütün not materialları - partitura, klavir və orkestr səsləri Azərbaycan Opera və Balet Teatrına Münhen Opera sənəti festivalının rəhbərliyi tərəfindən təqdim olunub. Azərbaycan Opera və Balet Teatrı binasının yaxın zamanlarda təmir və bərpa üçün bağlanacağını nəzərə alaraq teatr rəhbərliyi dekorasiyaların hazırlanmasına əlavə vəsait sərf etməmək üçün tamaşanı konsert variantında səhnəyə qoymağı məqsədəuyğun hesab edib. Çünki təmirdən sonrakı yeni səhnənin ölçüləri hazırkı ölçülərdən kəskin fərqli olacaq. Bu operanın zəngin dekorasiya və kostyumlarla tam yeni quruluşu teatrın təmiri başa çatandan sonra yeni səhnənin imkan və ölçüləri nəzərə alınmaqla həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR