Bank Of Baku

MDB ölkələrinin balet ulduzları Bakı səhnəsində çıxış edəcək

MDB ölkələrinin balet ulduzları Bakı səhnəsində çıxış edəcək
# 28 sentyabr 2011 12:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında MDB ölkələrinin aparıcı balet ustalarının – ulduzların iştirakı ilə Qala-konsert keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsert MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Rusiyanın “Sodrujestvo” Dövlət konsert birliyinin, MDB ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə təşkil olunacaq.

Qala-konsert MDB-nin yaranmasının 20-ci ildönümünə həsr olunur. Moskva, Sankt-Peterburq, Kiyev, Minsk, Almatı opera və balet teatrlarının aparıcı solistləri ilə yanaşı konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının artistləri də çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR